Xətai metrosu və Amay ticarət mərkəzinin yaxınlığında, Ağ Şəhər ətrafı ərazidə prestijli yeni tikili biznes mərkəzinin 1-ci mərtəbəsində tam təmirli obyekt icarəyə verilir.
Obyektin ümumi sahəsi 250 kv.m. Plazanın 1-ci mərtəbəsində yerləşməsi, iki tərəfdən giriş-çıxışının olması və böyük vitrin pəncərələri buranı müxtəlif fəaliyyət növləri, o cümlədən coffee shop, restoran, bank filialı və ya nümayəndəlik kimi fəaliyyətlər üçün ideal seçimə çevirir.
Üstünlükləri və təchizatı:
Obyekt tam təmirlidir və yüksək səviyyəli dizayna malikdir.
İki tərəfdən rahat giriş-çıxış imkanı mövcuddur.
Biznes mərkəzinin geniş, 160 maşınlıq parkinq sahəsi müştərilər və əməkdaşlar üçün böyük rahatlıq yaradır.
Obyektin daxilində kişi və qadın üçün ayrı sanitar qovşaqları (ayaqyolu), mətbəx və anbar sahəsi mövcuddur.
Müasir istilik sistemi, soyutma sistemi və peşəkar havalandırma sistemi ilə tam təchiz olunub.
Fövqəladə halların idarə olunması və təhlükəsizlik üçün bütün zəruri kommunikasiya xətləri mövcuddur.
Qiymət: 10.700 AZN
Ofis haqqı: 30%