Badamdar 3-cü massivdə, 329 nömrəli məktəbin yaxınlığında, 2 sot torpaq sahəsində yerləşən 2 mərtəbəli, əla təmirli həyət evi satılır.
Ev 1 qonaq otağı, 1 mətbəx, 4 yataq otağı və 2 sanitar qovşaqdan ibarətdir. Tam əşyalı şəkildə satışa təqdim olunur və heç bir əlavə xərc tələb etmədən yaşayışa hazır vəziyyətdədir.
Səliqəli həyəti və istirahət üçün ayrılmış guşəsinin olması evin əsas üstünlüklərindəndir. Qaz, su və işıq daimidir.
Sakit və əlverişli yaşayış məhəlləsində yerləşən ev şəhərə yaxınlığı və rahat lokasiyası ilə seçilir. Böyük ailələrin rahat və komfortlu yaşayışı üçün əlverişli seçimdir.
Şirkət xidmət haqqı: 1%.