📍 Yerləşmə: Ukrayna dairəsinin, Əhmədli və Həzi Aslanov metrostansiyalarının yaxınlığında. İnfrastruktur baxımından çox əlverişli və rahat bir məkandadır.
✨ Mənzilin Özəllikləri:
Təmir: Yüksək keyfiyyətli materiallarla xüsusi zövqlə təmir olunub. Tavanlarda bəzəkli alcipan işləmələri, spot işıqlar və şıq çılçıraqlar quraşdırılıb.
Döşəmə: Geniş və işıqlı otaqlarda keyfiyyətli parket döşəmə.
Mətbəx: Müasir üslubda yığılmış geniş mətbəx mebeli, paltaryuyan, soyuducu, plitə və aspiratorla təchiz olunub.
Balkon/Eyvan: Geniş və səliqəli eyvanı var; eyvanda əlavə dolablar, lavabo (çanaq) və kombi sistemi quraşdırılıb.
Dəhliz: Geniş və səliqəli dəhliz, böyük güzgülü dəhliz mebeli (prikojaya) mövcuddur.
İstilik sistemi: Mənzil kombi sistemi ilə təchiz olunub.